SİZİN REKLAM BURADA!
055 213 76 73
UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində Azərbaycan milli komandası ötən gün növbəti oyununu keçirib.
BAKU.WS-in məlumatına görə, Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin qollarını Dmitri Nazarov və Mahir Mədətov vurub. Xüsusilə, Mədətovun vurduğu qol çox baxımlı alınıb.
Uzaq məsafədən qapını dəqiq hədəf alan futbolçu yığmanın 2-ci qolunu vurub.
Mahirin bu qolu sosial şəbəkələrdə də böyük səs-küy yaradıb. Qısa zamanda sözügedən qolun videosu sosial şəbəkələrdə minlərlə baxış toplayıb.
AbbasBAKU.WS