SİZİN REKLAM BURADA!
055 213 76 73



Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb.

Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.

Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.

Əvəzində Nuriyev bürünc medal görüşündə Əli Əkbər Heydərini sonuncu xal prinsipinə əsasən üstələyib.

İlk yarış günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

BAKU.WS