VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


UEFA Avropa Liqasındakı təmsilçimiz olan “Qarabağ”ın hesabına pul göndərib.

BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki. “Qarabağ”ın Avropa Liqasında iştirakı və son 10 ildə “performans”ına görə UEFA tərəfindən ayrılmış 4 035 740.00 (dörd milyon otuz beş min yeddi yüz qırx) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

– “Qarabağ”ın Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 750 000.00 (iki milyon yeddi yüz əlli min) avro ayrılıb.
– Əmsalların sıralamasına əsasən, “Qarabağ”ın son 10 ildə “performans”ına görə – 1 285 740.00 (bir milyon iki yüz səksən beş min yeddi yüz qırx) avro ayrılıb.

BAKU.WS