13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

BAKU.WS xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı San Marinodan olan hakimlər briqadası idarə edəcək.

Referi Barbeno Lukaya Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq.

BAKU.WS