VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Dünyanın böyük həyəcanla gözlədiyi böyük oyun "El Klasiko"da baş tutdu. 

BAKU.WS-in məlumatına görə, "Real Madrid" əzəli rəqibi "Barselona"nı öz evində qəbul edib. "Santyaqo Bernabeu" stadionunda baş tutan matç "Kral Klubu" üçün biabırçı hesabla yekunlaşıb. 
 
Meydançada dominantlıq edən tərəf "Barselona" olub. Hər hissədə iki qol vuran katalonlar oyun ərzində bir neçə qol epizodunu da boşa verib. "Barsa"nın qollarına 11-ci və 74-cü dəqiqələrdə Luis Suares, 39-cü dəqiqədə Neymar və 53-cü dəqiqədə Andres İnyesta imza atıb. "Real"dan İsko 84-cü dəqiqədə meydandan qovulub.

 
Kataloniyalılar səfər matçında əzəli rəqibini 4:0 hesabı ilə darmadağın edərək ilk pillədəki yerini daha da möhkəmləndirib. 12 oyundan sonra hesabında 30 xal olan "Barsa" əzəli rəqibini 6 xal qabaqlayır.
 
BAKU.WS