Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Azərbaycana gəlməyə hazırlaşır. 

BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatına istinadən məlumatına görə, tanınmış mütəxəssisin səfəri bu həftəyə nəzərdə tutulub.
 
Yoldaşlıq görüşü çərçivəsində Qətər üzərində (2:1) qələbə qazanan "ay-ulduzlular” sabah Yunanıstanı qəbul edəcək. Yerli KİV məhz həmin qarşılaşmadan sonra Terimin Azərbaycana səfər edəcəyini yazıb. Xəbərdə onun ölkəmizə bir açılış üçün təşrif buyuracağı da vurğulanıb.
 
Qeyd edək ki, Fatih Terimin rəhbərliyi altında Türkiyə yığması 2006-cı ildə Bakıya gəlmiş və millimizlə yoldaşlıq görüşü (1:1) keçirmişdi.

BAKU.WS