Futbol üzrə Azərbaycan milli komandası Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Moldova kollektivi ilə qarşılaşıb.

"Mardan" stadionunda baş tutan yoldaşlıq görüşündə hesab açılmayıb.

Qeyd edək ki, Moldova və Azərbaycan yığmaları arasında keçirilən əvvəlki 9 matçdan 2-də milli qalib gəlib. Rəqib isə 3 dəfə qələbəyə sevinib.

Azərbaycan - Moldova 0:0

Antalya. "Mardan" stadionu

Azərbaycan millisi oyunu bu heyətlə keçirib:

1. Kamran Ağayev 30. Abbas Hüseynov 5. Maksim Medvedyev 19. Rahid Əmirquliyev (K) (28. Cavid İmamverdiyev, 61) 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 23/17. Rəhman Hacıyev, 84) 20. Riçard Almeyda (18. Coşqun Diniyev, 84) 2. Qara Qarayev 13. Mahir Mədətov (11. Ramil Şeydayev, 77) 16. Cavid Hüseynov 15. Ruslan Abışov 4. Pavel Paşayev (21. Təmkin Xəlilzadə, 61)

BAKU.WS