38 yaşlı Modriç 2026-cı il dünya çempionatında oynamağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Xorvatiyanın Millətlər Liqasında Portuqaliya və Polşaya qarşı keçirəcəyi oyunlara dəvət olunub.
Bu barədə İspaniyanın "AS" portalı xəbər verib.
AVRO-2024-dən sonra şübhələrə baxmayaraq, 38 yaşlı xorvat millidə qalmaq qərarına gəlib.
Mənbənin sözlərinə görə, Luka 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamaq arzusundadır. Modriç özünü yarımmüdafiədə keyfiyyətli əvəzedicilər tapmaqda çətinlik çəkən Xorvatiya millisi üçün vacib fiqur hesab edir.
Zlatko Daliçin yetirmələri sentyabrın 5-də Portuqaliya, sentyabrın 8-də Polşa ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Xorvatiyanın "Dinamo Zaqreb" klubu dünya futboluna bir çox ulduz futbolçular bəxş edib....