VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabrın 21-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qarabağ” ilə qarşılaşma üçün ölkəmizdə olan “Çelsi” klubu oyundan əvvəl sonuncu məşqinə çıxıb.

BAKU.WS xəbər verir ki, Antonio Kontenin yetirmələri “Baksell Arena”da isinmə hərəkətləri və topla məşqlər ediblər.

Qeyd edək ki, noyabrın 22-də “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BAKU.WS