VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.

BAKU.WS-in məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb.

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib.

Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.


Avropa çempionatı, IX tur

Azərbaycan - Ukrayna - 2:2

Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5
Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5
Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5
Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

BAKU.WS