Çempionlar Liqasında bütün qruplar üçün simvolik heyətlər müəyyənləşdirilib.

BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, “Squawka”nın hazırladığı “11-lik”lərdə hər qrupun 4 komandasından 2-3 futbolçuya yer verilib.

Azərbaycanı turnirdə təmsil edən “Qarabağ”ın yer aldığı C qrupunun simvolik heyətinə Ağdam klubunun da iki futbolçusu daxil edilib. Söhbət Maksim Medvedev və Miçeldən gedir.

C qrupunun simvolik heyəti belədir:

Yan Oblak (“Atletiko”), Maksim Medvedev (“Qarabağ”), Dieqo Qodin (“Atletiko”), Kostas Manolas (“Roma”), Markos Alonso (“Çelsi”), Nqolo Kante (“Çelsi”), Miçel (“Qarabağ”), Raca Nainqqolan (“Roma”), Antuan Qrizmann (“Atletiko”), Edin Ceko (“Roma”), Eden Azar (“Çelsi”).

BAKU.WS