Azərbaycanlı qardaşlar idman gimnastlarının Bakı çempionatı və Azərbaycan birinciliyi üzrə yarışlarda çempion olub.  
 
BAKU.WS-in məlumatına görə, Əli və Hüseyn qardaşlar öz yaşıdları arasında ən yaxşı nəticələri əldə edib.
 
Hüseyn Xəlilov Bakı çempionatı üzrə, Əli Xəlilov isə Azərbaycan birinciliyi üzrə yarışlarda qalib adını qazanıb. 
 
Qeyd edək ki, 2 gün davam edən yarışda 134 gimnast iştirak edib. Turnirin gedişində akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirilib. Bu 2 çempionata qatılan idmançılar Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq” Sport Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edib.
 
BAKU.WS