Avropa çempionatı: Azərbaycanın basketbol millisi yarımfinala vəsiqə qazanıb

Avropa çempionatı: Azərbaycanın basketbol millisi yarımfinala vəsiqə qazanıb
İdman 41

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunun qrup mərhələsində son matçına çıxıb.

"Report" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Malta yığmasını 56:50 hesabı ilə üstələyib.

Bu qələbədən sonra yığmamız qrup ikincisi kimi adını yarımfinala yazdırıb.

Komandamız bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə uduzub, Moldovaya 78:55 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarımfinal görüşləri iyulun 13-də keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər