Avropa çempionatı: Azərbaycanın basketbol millisi yarımfinala vəsiqə qazanıb
11
iyl
2024
19:10
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunun qrup mərhələsində son matçına çıxıb.
"Report" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Malta yığmasını 56:50 hesabı ilə üstələyib.
Bu qələbədən sonra yığmamız qrup ikincisi kimi adını yarımfinala yazdırıb.
Komandamız bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə uduzub, Moldovaya 78:55 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinal görüşləri iyulun 13-də keçiriləcək.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın basketbol millisi qələbə qazanıb
Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda növbəti oyununa çıxıb....