SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara ayrılıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Vanda Naranın Mauro İkardi ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyi iddia edilib.

Argentinalı model daha sonra instaqram hesabında paylaşdığı bu paylaşımla ayrılıq şayiələrini təsdiqləyib:

"Son mənim üçün də çətindir. Televizoru yandırmalıyam, ya da yalan iddialara baxmalıyam. Amma bunu qəbul edirəm, çünki bu mənim problemimin bir hissəsidir, kim olduğumun bir hissəsidir. Mən ayrılmaq qərarına gəldim, amma Mauro ilə bir ailə olmaqdan əl çəkməyəcəyik. Sevgi varkən min dəfə cəhd etmək səhv deyildi. Heç bir şeyə peşman deyiləm, həyatımın ən yaxşı illərini bu münasibətə verdim, amma bu gün tək davam etməliyəm və aramızda üçüncü tərəf yoxdur Aramızdakı bağ həmişə kənardan güclü olub. Mənim prioritetim həmişə mənim övladlarım olub. Bu gün hər zamankından daha çox elədir. Hörmətinizə görə təşəkkür edirəm”.

Vanda Nara və Mauro İkardinin ayrılması Argentina mətbuatında böyük səs-küyə səbəb olub.

Məlumata görə, Mauro İkardi "Qalatasaray"la mövsümöncəsi hazırlıqlar üçün İstanbula gəlib. Vanda Naranın ayrılıq tələbi bu zaman gəlib. Nara İkardini təqibdən çıxardığı zaman "Qalatasaray"ın futbolçusunun İstanbulda olduğu iddia edilib.

BAKU.WS