AVRO-2024: İngiltərə millisi finalda - YENİLƏNİB - 3
İngiltərə yığması son dəqiqə qolu ilə Niderlandı 2:1 hesabı ilə məğlub edərək finala çıxıb.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.
Dortmunddakı “Siqnal İduna Park"da hesab bərabərləşib - 1:1.
İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.
***23:07
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.
Dortmunddakı “Siqnal İduna Park"da "narıncılar" hesabda önə keçib.
7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub.
***23:07
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.
Qarşılaşma Dortmunddakı “Siqnal İduna Park"da keçirilir.
Görüşü almaniyalı referi Feliks Şvayer idarə edir.
Oxşar xəbərlər
AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub edib - YENİLƏNİB
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb. Münhendəki "Alyans Arena"da keçi...