SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

***00:25

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə üçüncü qol vurulub.

Leyptsiqdəki "Red Bull Arena"da Avstriya millisi buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.

66-cı dəqiqədə Mixael Qreqoriç adını tabloya yazdırıb.

***2024-07-03 00:19

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

Merih Demiral 59-cu dəqiqədə dubl edib.

***23:03

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" hesabda önə çxııb.

1-ci dəqiqədə Merih Demiral fərqlənib.

***23:03

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başlayıb.

Qarşılaşma Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.

Görüşü portuqaliyalı baş hakim Artur Diaş idarə edir.

BAKU.WS