SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça" yeni mövsüm hazırlıqlarının ilk mərhələsini tamamlayıb. Baş məşqçi Joze Mourinyo bu müddət ərzində futbolçuları yaxından tanımaq və onları müşahidə etmək şansı əldə edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi göstərdikləri performansdan sonra bəzi futbolçulara tam qiymət verib, bəzsilərini isə kəsib.

Məlumata görə, Xosenin kapitan Edin Dzeko ilə yanaşı Fred, Jayden Oostervolde, Miha Zajc və Cengiz Ünderdən çox razı qalıb. O, bu 5 nəfərin komandada qalmasını istəyib.

61 yaşlı çalışdırıcı Rade Kruniç, Serdar Aziz və Luan Peresdən razı qalmayıb. O, Avstriyadakı ikinci mövsüm düşərgəsində 3 nəfərlə bağlı son qərarını verəcək.

Fənərbaxça mövsümün ikinci düşərgəsi üçün sabah Avstriyaya gedəcək.

BAKU.WS