AVRO-2024: İngiltərə 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB - 5

AVRO-2024: İngiltərə 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB - 5
İdman 118

İngiltərə Bellinqem və Keynin qolları ilə Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finalda İsveçrə ilə qarşılaşmaq hüququ qazanıb.

***22.07

Harri Keyn matça əlavə olunmuş ilk dəqiqədə İngiltərənin matçda ikinci qolunu vurub- 2:1.

***21.59

Bellinqem qolu ilə İlgiltərə-Slovakiya matçını əlavə vaxta daşıyır.

***20.33

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, İvan Şranz 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

***20:02

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər