Avropa çempionatı: Azərbaycan millisi komanda yarışını medalsız başa vurub - YENİLƏNİB 2
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib.
Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb.
Beləliklə, yığmamız komanda yarışını medalsız başa vurub.
Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
*** 14:04
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, yığma təsəlliverici qarşılaşmada İtaliya seçməsi ilə üz-üzə gəlib.
Millimiz rəqibini 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
*** 12:32
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...