SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Serbiya yığmasının qapıçısı Vanya Milinkoviç-Saviç Danimarka komandası ilə Avropa çempionatının qrup mərhələsinin oyunu oyunu öncəsi Münhendəki barların birində azarkeşlə dava edib.

BAKU.WS xəbər verir ki, bu barədə Serbiyanın "Teleqraf" portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, danimarkalılarla oyundan əvvəl serbiyalı futbolçulara bir günlük istirahət verilib.

Milinkovic-Saviç Serbiyadan olan musiqiçilərin tez-tez çıxış etdiyi bara gedib. Serbiya millisinin qapıçısı Milinkoviç-Saviçin barda olmasından narazılığını bildirən azarkeşlə münaqişə edib. Buna cavab olaraq serbiyalı futbolçu azarkeşi vurub, davanın qarşısı mühafizə və barın sahibi tərəfindən alıb.

İyunun 26-da Serbiya və Danimarka milliləri Avro-2024-ün qrup mərhələsinin final oyununu keçirib, görüş 0:0 hesabı ilə başa çatıb. Qrup mərhələsinin yekunlarına görə, Serbiya komandası öz kvartetində dördüncü yeri tutaraq pley-offa yüksələ bilməyib.

BAKU.WS