SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyunu yekunlaşıb.

Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3. Beləliklə də, Avstriya milli komandası 1/8 finala vəsiqə qazanıb.

***21:42

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda beşinci qol vurulub.

Avstriyalı Marsel Sabitzer 80-ci dəqiqədə növbəti dəfə "narıncılar"ı məyus edib - 3:2.

***21:07

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda ikinci qol vurulub.

"Narıncılar" matçda tarazlığı bərpa ediblər - 1:1.

47-ci dəqiqədə Kodi Qapko fərqlənib.

***20:08

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.

Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

***20:00

Niderland və Avstriya milli komandaları arasında futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III tur oyununa start verilib.

Qarşılaşma D qrupu çərçivəsində, Berlindəki "Olimpiaştadion" arenasında keçirilir.

Oyunu İvan Krujluakın (Slovakiya) başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, 4 xal toplayan Niderland yığması qrupa başçılıq edir. İkinci yeri Fransa komandası (4) tutub. Avstriya (3) üçüncü, xalı olmayan Polşa isə dördüncü pilləni qapayır.

Hazırda, hər iki komandanın qrupdan çıxmaq şansı var.

BAKU.WS