AVRO-2024: Patrik Şik Türkiyə ilə oyunu buraxacaq
24
iyn
2024
20:29
Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək.
"Report" "LEquipe"yə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq.
Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan "Bayer 04"ün forvardı həmin görüşdə zədə alıb.
Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib. Günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər. Qarşıl...