Azərbaycan basketbolçuları təlim-məşq toplanışının ikinci mərhələsinə start verib
Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Azərbaycan Basketbol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, iyunun 20-dən milli komandamız Memarlıq və İnşaat Universitetinin idman zalında təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi ilə hazırlıq prosesində taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışılıb. Taktiki hazırlıqlarda yığmamızın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.
Hazırlıq prosesi iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarateri daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək qədər davam edəcək.
Oxşar xəbərlər
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərənc...