Arda Gülər Türkiyə millisinin məşqinə qatılmadı
AVRO-2024-ün F qrupunda sabah keçiriləcək ikinci matçında Portuqaliya ilə qarşılaşacaq Türkiyıə millisi hazırlıqlarını davam etdirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Barsinqhauzendəki düşərgədə baş məşqçi Vinçenzo Montellanın rəhbərliyi altında keçirilən məşq mətbuata qapalı keçirilib.
İsinmə hərəkətlərindən sonra futbolçular meydana çıxıblar. Topla isinmə hərəkəti ilə başlayan məşqdə taktiki məşqlər yerinə yetirilib, son hissədə isə iki qolun vurulduğu taktiki oyun keçirilib.
Yorğun olduğu üçün istirahət edən Arda Gülər məşqə qatılmadığı halda, müalicəsi davam edən İrfan Can Kahveci də komandadan ayrı məşq edib.
Məşqi Milli Komandalardan məsul İdarə Heyətinin üzvü Hamit Altıntop da izləyib.
Qeyd edək ki, Türkiyə - Portuqaliya görüşü iyunun 22-si keçiriləcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
AVRO-2024: Türkiyə ilk matçında qələbə qazanıb - VİDEO - YENİLƏNİB 6
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb. BAKU.WS re...