SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə yığması Avro-2024-ə qələbə ilə start verib. 

BAKU.WS xəbər verir ki, Qaret Sautqeytin yetirmələri C qrupunun ilk turunda Serbiya kollektivini sınağa çəkiblər. Qarşılaşmada yeganə qolu oyunun 13-cü dəqiqəsində "Real" Madrid klubunun futbolçusu Jud Bellinqem vurub.

Qrupun digər qarşılaşmasında Sloveniya ilə Danimarka milliləri 1:1 hesablı heç-heçəyə imza atıblar.

C qrupunun ikinci qarşılaşmaları iyunun 20-də keçiriləcək. Həmin turda İngiltərə millisi Danimarka kollektivini Sloveniya isə Serbiya yığmasını sınağa çəkəcək. 

BAKU.WS
VİDEO