AVRO-2024: Niderland qələbə qazandı - YENİLƏNİB
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçı 1-2 hesabı ilə başa çatıb.
Niderlandın qələbə topunu 83-cü dəqiqədə Vaut Veqorst vurub.
***17:32
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.
Niderlandın yığmasından 29-cu dəqiqədə Kodi Qakpo fərqlənib.
***17:17
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.
16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.
Qarşılaşma davam edir.
***17:08
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.
Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub. Qarş...