AVRO-2024: İtaliya millisi Albaniya yığmasını 2:1 hesabı ilə məğlub edib - YENİLƏNİB 5

***Qarşılaşma İtaliya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
AVRO-2024 çərçivəsində günün sonuncu qarşılaşması olan İtaliya və Albaniya matçında ilk hissə başa çatıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın birinci hissəsi İtaliyanın 2-1 üstünlüyü ilə yekunlaşıb.
***23:19
AVRO-2024 çərçivəsində günün sonuncu qarşılaşması olan İtaliya və Albaniya matçında hesab 2-1 olub.
BAKU.WS xəbər verir ki, İtaliya millisinin futbolçusu Barella matçın 16-cı dəqiqəsində vurduğu qolla italyanları hesabda önə keçirib.
***23:13
AVRO-2024 çərçivəsində günün sonuncu qarşılaşması olan İtaliya və Albaniya matçında hesab bərabərləşib.
BAKU.WS xəbər verir ki, matçın 11-ci dəqiqəsində Bastoninin vurduğu qolla hesab 1-1 olub.
***23:08
AVRO-2024 çərçivəsində günün sonuncu qarşılaşması olan İtaliya və Albaniya matçında hesab açılıb.
BAKU.WS xəbər verir ki, Albaniya millisinin futbolçusu Nedim Bayrami matçın 22-ci saniyəsində topu tora salmağı bacarıb.
22-ci saniyədə gələn qol Avropa çempionatları tarixində vurulan ən erkən qol olub.
***23:01
AVRO-2024 çərçivəsində günün sonuncu qarşılaşması olan İtaliya və Albaniya millilərinin görüşü başlayıb.
BAKU.WS xəbər verir ki, "Siqnal İduna Park"da başlayan görüşü almaniyalı baş hakim Feliks Çvayer idarə edir.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
AVRO-2024: İspaniya millisi inamlı qələbə qazandı - YENİLƏNİB 4
AVRO-2024 çərçivəsində günün ikinci qarşılaşması olan İspaniya və Xorvatiya millilərinin görüşü ispanların 3-0 hesablı qələbəsi ilə başa çatıb. BAKU.WS xəbər v...