AVRO-2024: Günün ilk oyununda İsveçrə qələbə qazanıb - YENİLƏNİB 4
AVRO-2024-ün I turunun növbəti görüşləri çərçivəsində baş tutan Macarıstan - İsveçrə matçında hesab 1-3 olub.
BAKU.WS xəbər verir ki, İsveçrə millisinin futbolçusu Enbolo 90-cı dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi artırıb. Matç İsveçrənin 1-3 hesablı qələbəsi ilə başa çatıb. Qələbədən sonra İsveçrə A qrupunda 2 ci pillədə qərarlaşıb.
***18:25
AVRO-2024-ün I turunun növbəti görüşləri çərçivəsində baş tutan Macarıstan - İsveçrə matçında hesab 1-2 olub.
BAKU.WS xəbər verir ki, Macarıstan millisinin futbolçusu Varga 66-cı dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi azaldıb.
***17:47
AVRO-2024-ün I turunun növbəti görüşləri çərçivəsində baş tutan Macarıstan - İsveçrə matçında hesab 0-2 olub.
BAKU.WS xəbər verir ki, İsveçrə millisi futbolçusu Aebischerin 45-ci dəqiqədə vurduğu qolla hesabı artırıb. Komandalar bu hesabla fasiləyə yollanıblar.
***17:22
AVRO-2024-ün I turunun növbəti görüşləri çərçivəsində baş tutan Macarıstan və İsveçrə oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, İsveçrə millisi Kvadvo Duanın 14-cü dəqiqədə vurduğu qolla hesabda önə keçib.
***17:16
Futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.
BAKU.WS xəbər verir ki, A qrupunun ikinci oyunu Köln şəhərində yerləşən “Reyn Enerqi” stadionunda, saat 17:00-da start götürüb.
Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.
Oxşar xəbərlər
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib – YENİLƏNİB-13/VİDEO
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubun...