SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"nın ulduzu Edin Dzeko Joze Mourinyo ilə görüşüb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bosniyalı futbolçu daha 1 il İstanbul nəhəngində qalacağını bildirib.

Mövsüm bitdikdən sonra bir çox fərqli komandadan transfer təklifi aldığı bildirilən Edin Dzeko baş məşqçisi Mourinyo ilə görüşdükdən sonra fərqli komandalardan aldığı təklifləri rədd edib.

Digər tərəfdən, "X" sosial şəbəkəsində Edin Dzeko ilə bağlı bir mövzu tez bir zamanda trend mövzusu olub. Belə ki, bəzi istifadəçilər "Evə get" ("Go Home") yazaraq ulduz futbolçudan "Fənərbağça"dan ayrılmasını istəyib.

Dzeko sosial şəbəkədə sözügedən istifadəçiləri bloklayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda "İnter"dən "Fənərbağça"ya transfer olunan Dzeko 2023/24 mövsümündə 46 matçda meydana çıxıb. 25 dəfə rəqib qapısına yol tapan ulduz hücumçu 10 dəfə komanda yoldaşlarına qol ötürməsi edib.

BAKU.WS