SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova şəxsi həyatı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında müğənni həyat yoldaşı Mərdan Kazımovla görüntülərini paylaşaraq onu 30 yaşı tamam olmağı münasibətilə təbrik edib.

Görüntülərdə Nəzrinlə Mərdanın indiyə qədər yayılmağan kadrları da əks olunub.

Nəcəfova videoya "Yubileyin mübarək! Səni ən özəl günümüzdən olan kadrlarla təbrik etmək istədim! Yaxşıki doğulmusan. Yaxşıki varsan! Yaxşıki bir-birimizi tapmışıq. Ruh əkiz dedikləri bu olsa gərək. Hər zaman var ol. Mənimlə ol! Səni çox sevirəm!" sözlərini də əlavə edib.

Xatırladaq ki, Nəzrinlə Mərdan bu il aprelin 22-də evlənib.

BAKU.WS
VİDEO