Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin xınası - FOTO/VİDEO
16
apr
2024
09:45
Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub.
BAKU.WS xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib.
Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Nəzrin müğənni Mərdan Kazımovla ailə quracaq.
Cütlüyün toyu bu ayın 22-də paytaxt məkanlarından birində baş tutacaq. Bir neçə gün əvvəl onların nikah mərasimi keçirilib.
Qalereya
Oxşar xəbərlər
Mələkxanım Eyubovanın qızının nikahından görüntülər - VİDEO
Bu gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın nikahı olub. BAKU.WS xəbər verir ki, Nəzrinin nişanlısı, müğənni Mərdan Kazımovla özəl...