Avro 2024-də oyunları idarə edəcək hakimlərə TAPŞIRIQ VERİLİB - UEFA AÇIQLADI
Sabahdan start götürəcək Avropa çempionatının oyunlarında hakimlərin işindəki əsas tendensiyalar açıqlanıb.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın hakimlər üzrə icraçı direktoru Roberto Rosetti açıqlama verib.
Bildirilib ki, qapıçı kapitan olarsa, yalnız komandanın kapitanı və ya xüsusi təyin olunmuş sahə oyunçusu baş hakimlə əlaqə saxlaya biləcək.
Hakim bu komandanın nümayəndəsinə əsas hakim qərarlarını, o cümlədən VAR video yardım sistemindən istifadə etməklə qəbul edilən qərarları izah etməli olacaq.
Hakimlərə açıq-saçıq qayda pozuntularına, cərimə meydançasındakı çıxışlara, simulyasiyalara və xarakterik qaldırılmış əl jesti ilə rəqibə sarı vərəqə istəməyə daha sərt yanaşmaq tapşırılıb.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Oxşar xəbərlər
AVRO-2024-ün mükafat fondu açıqlanıb - Komandalar nə qədər qazanacaqlar?
Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) başlamasına 50 gün qalıb. BAKU.WS xəbər verir ki, iyunun 14-dən iyulun 14-də...