Corc Rassel Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu - VİDEO

Corc Rassel Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu - VİDEO
Foto
İdman 33

"Mercedes" komandasının britaniyalı pilotu George Russell, Formula-1 üzrə dünya çempionatının IX yarışında – Kanada Qran-prisinin təsnifat mərhələsində birinci olub. Yarış Kanadanın Monreal şəhərində baş tutub.

BAKU.WS xəbər verir ki, ikinci yeri "Red Bull" komandasından niderlandlı pilot Max Verstappen tutub, üçüncü yeri isə "McLaren" komandasının pilotu Lando Norris qazanıb.

Verstappenin komanda yoldaşı, meksikalı pilot Sergio Perez isə 16-cı yeri tutaraq birinci təsnifat seqmentini keçə bilməyib. Həmçinin, hər iki "Ferrari" sürücüsü finala çıxmaqda uğursuz olub.

Yarış bazar günü, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər