Corc Rassel Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu - VİDEO
"Mercedes" komandasının britaniyalı pilotu George Russell, Formula-1 üzrə dünya çempionatının IX yarışında – Kanada Qran-prisinin təsnifat mərhələsində birinci olub. Yarış Kanadanın Monreal şəhərində baş tutub.
BAKU.WS xəbər verir ki, ikinci yeri "Red Bull" komandasından niderlandlı pilot Max Verstappen tutub, üçüncü yeri isə "McLaren" komandasının pilotu Lando Norris qazanıb.
Verstappenin komanda yoldaşı, meksikalı pilot Sergio Perez isə 16-cı yeri tutaraq birinci təsnifat seqmentini keçə bilməyib. Həmçinin, hər iki "Ferrari" sürücüsü finala çıxmaqda uğursuz olub.
Yarış bazar günü, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
"Formula 1": Lekler sıralama turunu ilk pillədə başa vurub - FOTO - YENİLƏNİB - 5
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci p...