Mourinyo oğlunun dostunu "Fənərbağça"ya gətirir - FOTO
Baş məşqçi Joze Mourinyonu klubun başına gətirilməsindən sonra "Fənərbağça" orta mövqeyi gücləndirmək üçün transfer işlərini davam etdirir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı danimarkalı futbolçunu gündəmə gətirib.
"Fənərbağça" Şotlandiya Liqası komandalarından "Seltik"də çıxış edən Mett O'Rili transfer siyahısına əlavə edib.
Fasilə zamanı futbolçu ilə də maraqlanan "sarı-göylülər"in təşəbbüslərə hazırlaşdığı bildirilib.
Matt O'Riley əvvəllər "Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyonun oğlu ilə eyni komandada oynayıb. Matt O'Riley və Jose Mourinho Jr. İngiltərənin "Fulhem" klubunda çıxış edib.
Qeyd edək ki, 2023/24 mövsümündə 49 matça çıxan Mett O'Rayli 19 dəfə rəqib qapısına yol tapa bilib. 23 yaşlı yarımmüdafiəçi 18 dəfə komanda yoldaşlarına qol ötürməsi edib.
Oxşar xəbərlər
Mourinyo "Fənərbağça"da nə qədər qazanacaq?
Növbəti mövsüm Super Liqada çempionluğu hədəfləyən "Fənərbağça" dünyaca məşhur baş məşqçi Joze Mourinyo ilə müqavilə imzalayıb. İstanbul təmsilçisi Joze Mouriny...