"Real" Kroosu əvəzləyəcək iki namizəd futbolçunu müəyyənləşdirdi

Real Kroosu əvəzləyəcək iki namizəd futbolçunu müəyyənləşdirdi
İdman 3352

"Bayern"nin yarımmüdafiəçisi Coşua Kimmiks və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"in maraq dairəsinə düşüb.

BAKU.WS-in xəbərinə görə, bu barədə AS nəşri yazır.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi yarımmüdafiəçi Toni Kroos karyerasını başa vurduğunu elan etdikdən sonra ona əvəzləyici axtarmağa başlayıb.

Kimmiks və Rodri İspaniya nəhəngi üçün əsas namizədlərdir.

Xatırladaq ki, Kroos 2014-cü ilin iyulunda "Bayern"dən "Real Madrid"ə keçib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Kroos "krak klubu" ilə dörd İspaniya Çempionatı, bir İspaniya Kuboku və dörd İspaniya Super Kuboku, dörd Çempionlar Liqası kuboku, dörd UEFA Super Kuboku və beş Klublararası Dünya Kuboku qazanıb.

Son xəbərlər