SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos bu mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə oyunçu instaqramda məlumat verib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, onun son matçı iyunun 14-də Münhendə Almaniya millisinin Şotlandiya ilə Avropa çempionatı çərçivəsində baş tutacaq.

“Mənim peşəkar karyeram bu yay Avro-2024-dən sonra başa çatacaq. “Real Madrid” mənim karyeramda sonuncu klub olub və belə də qalacaq. Xoşbəxtəm və qürur duyuram ki, qərarımı elan etmək üçün düzgün vaxtı və yeri seçmişəm. Məqsədim həmişə karyeramı imkanlarımın zirvəsində bitirmək olub”, - Kroos bildirib.

Kroos üçün "Real Madrid" forması ilə son matç iyunun 1-də Londondakı Uembli stadionunda keçiriləcək "Borussiya Dortmund"a qarşı Çempionlar Liqasının finalı ola bilər.

BAKU.WS