SİZİN REKLAM BURADA!
055 213 76 73


Çempionlar Liqasının finalına yüksələn "Borussiya Dortmund" klubu iyunun 1-də “Uembli”də keçiriləcək böyük matçda “Real Madrid”lə üz-üzə gələcək.

BAKU.WS xəbər verir ki, final öncəsi maraqlı bir detal ortaya çıxıb. Belə ki, qarşılaşmanın nəticəsindən asılı olmayaraq Almaniya təmsilçisi qazanan tərəf olacaq.

İki klubun ortaq nöqtəsi olan Cud Bellinqem ötən yay 103 milyon avroya "Borussiya Dortmund"dan Madrid təmsilçisinə transfer olunub.

İddiaya görə, "Real Madrid" finalda qalib gələrsə, Bellinqem üçün "Dortmund Borussiyası"na 25 milyon avro bonus ödəyəcək.

Digər tərəfdən, Almaniya təmsilçisi finalda üstün olarsa, UEFA-dan əlavə 20 milyon avro alacaq. Beləliklə, "Borussiya Dortmund"a pul qazanmaq baxımından məğlub olmaq, qalib gəlməkdən daha sərfəli olacaq.

BAKU.WS