Azərbaycanın üç güləşçisi Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
09
may
2024
18:10
Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu raundadək irəliləməyi bacarıb.
Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda uduzub.
Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar
Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq. BAKU.WS report-a...