SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu start götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan titullu idmançı 1/4 final mərhələsini asanlıqla keçib.

Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

***11:09

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gəlib.

Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni dayandırıb.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.

***09:49

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

BAKU.WS xəbər verir ki, yarışın ikinci günündə 5 idmançımız qüvvəsini sınayacaq.

Yarışa 1/4 finaldan qoşulan Mariya Stadnik (50 kq) Dünya və Avropa çempionu yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək.

Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir.

Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gələcək.

BAKU.WS