"Liverpul" Premyer Liqada rekorda imza atdı
Ötən gecə futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində "Liverpul" - "Şeffild Yunayted" qarşılaşması baş tutub.
BAKU.WS-in ESPN-ə istinadən verdiyi məlumata görə, "Enfild stadionunda keçirilən qarşılaşma ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim Styuart Atvellin idarə etdiyi matçda Yurgen Klopun yetirmələri 83,1 faiz topa yiyələnmə göstəricisinə imza atıblar. Bu göstərici İngiltərə Premyer Liqası üçün mütləq rekorddur.
Belə ki, 2003/2004-cü il mövsümündən bu yana heç bir kollektiv belə bir göstəriciyi imza ata bilməyib.
Qeyd edək ki, "Liverpul" bu qələbədən sonra 30 oyundan sonra 70 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Şeffild Yunayted" isə 15 xalla sonuncu yerdədir. "Qırmızılar"ın qollarını Nunes (17-ci dəqiqə), Mak Allister (76) və Qapko (90) vurub. Qonaqlardan isə matçın 58-ci dəqiqəsində Bredli fərqlənib.
Oxşar xəbərlər
Dünyanın ilk futbol klubu hansıdır, hansı ölkədə qurulub? - FOTOLAR
Futbol dünyada ən çox izlənilən idman növlərindən biridir. İdmanın bu növü ilə bağlı insanları bir çox sual maraqlandırır. Bunlardan biri də ilk futbol komandas...