SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

Federasiyadan verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Demurovi Levanla (Gürcüstan) qarşılaşıb.

Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Qasımzadə növbəti görüşdə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Bu döyüş aprelin 7-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.

BAKU.WS