Avropa çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəldi
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, boksçumuz Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Luka Nikabadze (Gürcüstan) ilə qarşılaşıb. 67 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan çempionu 1/8 finalda ilk görüşdən azad olan Alen Ahmetoviçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş martın 15-də olacaq.
Yığmamızın digər üzvü Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda şotlandiyalı Hikki Samla qarşılaşıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərov və millimizin digər boksçusu – Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.
Oxşar xəbərlər
Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazanıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq-dan yu...