SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdülraşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmayıb.

Bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Mixail Mamiaşvili dördqat dünya çempionunun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qərarı ilə yarışda iştirak etməyəcəyini bildirib: "IOC növbəti yoxlamalardan sonra turnirlərə buraxılmayanların siyahısını açıqlayıb. Təəssüf ki, onların arasında komandanın kapitanı Abdülraşid Sadulayev də var. Dünya Güləş Birliyi (UWW) ilə dərhal əlaqə saxladıq, onu Əlixan Cəbrayılovla əvəzlədik".

Qeyd edək ki, sabah Milli Gimnastika Arenasında start götürəcək yarış üç gün davam edəcək.//report

BAKU.WS