"Çelsi" futbolçularından narazılıq: Poçettinonun istefasını tələb edirlər
01
apr
2024
13:06
"Çelsi"nin bir neçə futbolçusu klub rəhbərliyini cari mövsüm başa çatdıqdan sonra Maurisio Poçettinonu baş məşqçi postundan uzaqlaşdırmağa çağırıb.
BAKU.WS xəbər verir ki, barədə HITC məlumat yayıb.
Mənbənin sözlərinə görə, bəzi futbolçular 52 yaşlı mütəxəssisin komandadakı işindən narazıdır.
"Bernli" ilə heç-heçədən sonra onlar "Çelsi" rəhbərliyinə mövsümün sonunda baş məşqçi dəyişikliyi istədiklərini bildiriblər.
Qeyd edək ki, Poçettino 2023-cü ilin mayında Frenk Lempardı əvəz edərək "Çelsi"yə rəhbərlik edib.
Argentinalı daha əvvəl PSJ, "Tottenham Hotspur"da çalışıb.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...