"Real Madrid"in ulduzu bu səbəbdən oyuna çıxmayacaq - FOTO
"Real Madrid"in braziliyalı vingeri Vinisius Junior növbəti dəfə İspaniya futbolundakı irqçilik probleminə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, "sambaçı" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu həftəsonu oynamıram. Ancaq yalnız şənbə günü İspaniyada üç aşkar irqçilik hadisəsi yaşandı. Sevilyadan Akunya və Kike Sançes Floresi, "Rayo Mahadahonda"dan isə Sarranı tam şəkildə dəstəkləyirəm. Qoy onların cəsarəti başqalarına ilham versin. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam edə bilməz. Biz yalnız irqçilər stadionları tərk edib birbaşa həbsxanaya - layiq olduqları yerə gedəndə qalib gələcəyik!".
Xatırladaq ki, 23 yaşlı braziliyalı hücumçu bu yaxınlarda mətbuat konfransında irqçiliklə bağlı sual verildikdən sonra göz yaşlarına boğulub.
Este fin de semana, ni siquiera jugaré. Pero tuvimos tres casos despreciables de racismo en España solo este sábado.
— Vini Jr. (@vinijr) March 30, 2024
Todo mi apoyo a Acuña @AcunaMarcos17 y al entrenador Quique Flores, del @SevillaFC . A Sarr y al @RMajadahonda que su valentía inspire a los demás. Los racistas…
Oxşar xəbərlər
İlk dəfə Braziliya millisinin kapitanı olacaq
"Real Madrid"in hücumçusu Vinisius Junior ilk dəfə Braziliya millisinin kapitanı olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının r...