SİZİN REKLAM BURADA!
055 213 76 73


“Beş il sonra milliyə döndüyüm üçün çox xoşbəxtəm”.

BAKU.WS xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.

O, 6 il sonra Əlcəzair yığmasına dönməsindən danışıb. Benzia “FİFA series - Edition 2024”də keçirdiyi oyunlardan və vurduğu qollardan da söz açıb:

“Dönüşüm çox yaxşı alındı və buna sevinirəm. Cənubi Afrika millisinə vurduğum qola gəlincə, çox möhtəşəm alındı. İnanılmaz qol idi və bütün dünya mediası bundan danışır. Onu da deyim ki, “Qarabağ”a və baş məşqçi Qurban Qurbanova təşəkkür edirəm. Çünki bu klub və bu məşqçi sayəsində formamı bərpa etdim, milli komandaya dəvət aldım. Qurban Qurbanovun əməyi danılmazdır”.

Benzianın qolunun “Puşkaş mükafatı”na namizəd göstərilməsi barədə fikirlər isə belə olub:

“Namizəd ola bilər, seçilə də bilər. Təbii ki, “Puşkaş mükafatı”nı alsam, yaxşı olar, almasam da, heç bir şey etmək olmaz. Əsas odur ki, qolum gözəl alındı”.

BAKU.WS
VİDEO