İlk dəfə Braziliya millisinin kapitanı olacaq

İlk dəfə Braziliya millisinin kapitanı olacaq
İdman 1

"Real Madrid"in hücumçusu Vinisius Junior ilk dəfə Braziliya millisinin kapitanı olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Vinisius İspaniya ilə yoldaşlıq görüşündə kapitan sarğısı ilə meydana çıxacaq.

İspaniya-Braziliya oyunu bu gün Madriddə təşkil ediləcək və irqçiliklə mübarizə şüarı altında keçiriləcək.

Qeyd olunur ki, Vinisius uzun müddətdir ki, İspaniya çempionatında irqçilik qalmaqallarının mərkəzində olub. Bu səbəbdən Konfederasiya bu görüşdə Vinisiusun Braziliya millisinin kapitanı təyin edilməsini simvolik hesab edib.

Sözügedən görüş "Real Madrid"in doğma stadionu olan "Santyaqo Bernabeu"da keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər