SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya La Liqasının XXIX turunda "Osasuna" (4:2) ilə oyun "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti üçün yubileylərlə əlamətdar olub.

BAKU.WS xaici mediaya istinadən xəbər verir ki,  təcrübəli mütəxəssis paytaxt təmsilçisində 200-cü qələbəsini qazanıb.

"Kral klubu" Ançelottinin rəhbərliyi altında La Liqada 129, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 18, ölkə Superkubokunda 4, klublararası dünya çempionatında 4, UEFA Superkubokunda 2 qalibiyyət əldə edib.

Mütləq rekord isə 357 qələbə ilə Migel Munyosa məxsusdur.

Bundan əlavə, italiyalı baş məşqçi Avropa liqalarında 900-cü matçına çıxıb.

"Real" 29 turdan sonra La Liqada 72 xalla liderdir. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gələcək.

BAKU.WS